Bank Of Baku

Misirli professorlar “AzərTAc”da görüş keçirib - FOTO

Misirli professorlar “AzərTAc”da görüş keçirib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2014 16:52 (UTC +04:00)

Bakı - APA. Misirin Eyn Şəms Universitetinin ədəbiyyatşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri professor Tariq Şələbi və həmin fakültənin professoru İslam əş-Şərqavi bu gün “AzərTAc”da olub.

 

APA-nın xəbərinə görə, agentliyin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyan görüşdə baş direktor Aslan Aslanov “AzərTAc”ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında rolu və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib.

 

Xalqlarımız arasında əlaqələrin qurulması və inkişaf etməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini xatırladan Aslan Aslanov prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndiyini qeyd edib.


Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi, ərəb şair və yazıçılarının yaradıcılığının araşdırılması sahəsində güclü bir məktəb formalaşdığını bildirən baş direktor görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın əvəzedilməz xidmətlərini yada salıb.


Professor Tariq Şələbi ölkəmizə üçüncü dəfə səfər etdiyini, Azərbaycanda böyük tərəqqinin şahidi olduğunu deyib. Bakıya budəfəki səfərinin görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın 75 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı ilə bağlı olduğunu qeyd edən professor T.Şələbi alimin əsərlərini ərəb mentalitetinin, dünyagörüşünün tədqiqatçıları üçün mühüm mənbə kimi dəyərləndirib.


Vaxtilə dərs dediyi tələbələrindən birinin hazırda AzərTAc-da çalışdığından duyduğu sevinc hissini dilə gətirən Tariq Şələbi agentliyin ərəb dili bölməsinin əməkdaşları üçün Eyn Şəms Universitetində kurslar təşkil etmək təklifini irəli sürüb.


Görüşdə Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR