Bank Of Baku

Moskvada Ümumrusiya Etnojurnalistlər Konqresinin təsis konfransı keçirilib - FOTO

Moskvada Ümumrusiya Etnojurnalistlər Konqresinin təsis konfransı keçirilib - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 15:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Dünya Mədəniyyəti” Ümumrusiya Etnojurnalistlər Konqresinin təsis konfransı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Mərkəzi Jurnalistlər Evi”ində keçirilən təsis konfransında Rusiyada fəaliyyət göstərən tanınmış jurnalistlər, diaspor təşkilatların nümayəndələri iştirak ediblər.

 

Rusiya Jurnalistlər Birliyinin sədri Vsevolod Boqdanov çıxışında jurnalist peşəsinin çətin sənət olduğunu bildirib: “Son iki ildə təkcə Dağıstanda 17 jurnalist öldürülüb. Jurnalistlər bu gün cəmiyyətin danışan dili, görən gözüdür”. 

 

Sonra Rusiyada fəaliyyət göstərən müxtəlif ölkələrin diaspor təşkilatlarının nümayəndələri çıxış ediblər.

 

Daha sonra Ümumrusiya Etnojurnalistlər Konqresinin sədri, sədr müavinləri və təşkilatın Şurasına üzvlər seçilib.

 

Sosiologiya elmləri namizədi, Moskva hökuməti yanında KİV-lə qarşılıqlı əlaqələr komissiyasının sədri, azərbaycanlı Cəmil Sadıxbəyov Ümumrusiya Etnojurnalistlər Konqresinin sədri seçilib.

 

Cəmil Sadıxbəyov çıxışında “Dünya Mədəniyyəti” Ümumrusiya Etnojurnalistlər Konqresinin Rusiya və MDB ölkələrindən olan jurnalistlərin birgə fəaliyyət göstərməsinə şərait yaradacağını söyləyib: “Ümid edirik ki, Konqres üzvləri hər hansı çətin vəziyyət zamanı bir-birlərinə professional dəstək göstərəcəklər”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR