Bank Of Baku

MTRŞ özəl teleradio yayımçılarına ayrılan maliyyənin bərabər əsaslarla bölüşdürülməsi haqda qərar qəbul edib

MTRŞ özəl teleradio yayımçılarına ayrılan maliyyənin bərabər əsaslarla bölüşdürülməsi haqda qərar qəbul edib
# 19 may 2016 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli Sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

 

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR