Bakı. Kəmalə Quliyeva – APA. Mayın 21-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən prodakşnlarla görüş keçiriləcək. Bu barədə APA-ya MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib.
Onun sözlərinə görə, görüşdə milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə prodakşn rəhbərləri ilə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu görüşdən sonra ölkə prezidentinin sərəncamı ilə milli serialların çəkilməsi üçün ayrılan 6 milyon manat vəsaitin necə bölünəcəyi dəqiqləşəcək. Bundan əvvəl MTRŞ ölkədə fəaliyyət göstərən telekanal rəhbərləri ilə görüş keçirib.