Bank Of Baku

MTRŞ-nın ANS-ə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb

MTRŞ-nın ANS-ə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb
# 03 iyun 2016 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.
 

MTRŞ-nın  nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında tərəflər dinlənilib. Məhkəmənin baxış iclası iyunun 24-nə təyin edilib.

 

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddiada televiziyaya "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin və 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılması istənilib. Bildirilib ki, televiziya  "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial çəkib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR