Bank Of Baku

MTRŞ: “Fox” telekanalı retranslyasiya olunan xarici telekanalların siyahısından çıxarılıb

MTRŞ: “Fox” telekanalı retranslyasiya olunan xarici telekanalların siyahısından çıxarılıb
# 22 fevral 2017 16:53 (UTC +04:00)

Türkiyənin “Fox” televiziya kanalı kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısından çıxarılıb. Bu barədə APA-ya Milli Telelviziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

 

O qeyd edib ki, MTRŞ tərəfindən kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısı mütəmadi yenilənir: “Son yenilənmədən sonra “Fox” telekanalı siyahıya daxil edilməyib”.

 

Qeyd edək ki, 21 fevral 2017-ci il tarixədək edilmiş əlavələr və dəyişikliklərlə “Fox” televiziya kanalı kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR