Bank Of Baku

MTRŞ: Azərbaycanda yeni televiziyaların yaradılması üçün münbit şərait yoxdur

MTRŞ: Azərbaycanda yeni televiziyaların yaradılması üçün münbit şərait yoxdur
# 22 iyul 2013 15:23 (UTC +04:00)

O qeyd edib ki, ölkədəki reklam bazarı ilə bağlı mövcud vəziyyəti araşdıranlar bilirlər ki, Azərbaycanda televiziya kanallarının sayı yetərincədir: «Bu kanalların fəaliyyəti isə qənaətbəxşdir».

 

N.Məhərrəmli televiziya kanallarında Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı atılan addımlar haqda da məlumat verib: “Bu ilin sonuna qədər Azərbaycanın bütün televiziya kanallarında bədii şuralar yaradılmalıdır. Bu ölkə qanunvericiliyinin tələbidir. Artıq bəzi kanallarda bədii şuralar yaradılıb. Yəni Azərbaycan dilinin qorunması ilə bağlı bədii şuraların yaradılması ilə bağlı iş yeni başlayıb”.

 

O, yaradılan bədii şuraların işinə mütəxəssislər cəlb olunmasının vacib olduğunu da qeyd edib: “Azərbaycan ədəbi dilini bilən şəxslər bu qurumun işində iştirak etməlidirlər. Bəzi kanallar əvvəllər özlərində olan yaradıcılıq şuralarını da bu məsələyə aid edirlər. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Azərbaycan ədəbi dilinin qorunması ayrı-ayrı şəxslərin işi olmamalıdır”. N.Məhərrəmli 3 televiziya kanalında əvvəldən Bədii Şuranın  mövcudluğunu da qeyd edib: “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində - AzTV-də, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında bu şuralar fəaliyyət göstərir. Yəni ümumilikdə 6 kanalda bədii şuralar yaradılıb. Digərləri də bu istiqamətdə işlər aparılır. Eyni mütəxəssisi bir neçə şuralara da yazmaq düzgün deyil”.

 

MTRŞ sədri qeyd edib ki, 2013-cü ilin sonuna qədər bütün televiziya və radio kanallarında bədii şuraların yaradılması başa çatmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR