Bank Of Baku

MTRŞ: Radio və televiziyalarda Azərbaycanın ədəbi dil qaydalarının pozulması adi hala çevrilib

MTRŞ: Radio və televiziyalarda Azərbaycanın ədəbi dil qaydalarının pozulması adi hala çevrilib
# 11 dekabr 2015 08:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”.

 

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.
 
 
O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.
  
 
MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: “Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR