Bakı. Ramiz Mikayıloğlu - APA. “Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələdir.