Bank Of Baku

MTRŞ: Sumqayıtda lisenziya olmadan qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanların ümumi sayı 5 nəfərdir

MTRŞ: Sumqayıtda lisenziya olmadan qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanların ümumi sayı 5 nəfərdir
# 17 aprel 2015 09:17 (UTC +04:00)

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

 

MTRŞ-nın aparat rəhbəri bildirib ki, Bakı şəhərində əsasən yeni tikililərdə qanunsuz şəkildə kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilməsi barədə də onlarda məlumat var: “Bakıda da qanunsuz olaraq bu işlə məşğul olanların müəyyən olunması üçün ictimaiyyətə müraciət etmişik”.

 

Qeyd edək ki, MTRŞ şura tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılması barədə məlumat açıqlayıb.

 

Məlumata görə, Sumqayıtda xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.

 

Məlumatda deyilir ki, Bakıda, əsasən də yeni tikililərdə xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir.

 

Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR