Bank Of Baku

MTRŞ: Şuranın son iclasına ANS-dən heç kim qatılmayıb

MTRŞ: Şuranın son iclasına ANS-dən heç kim qatılmayıb
# 28 dekabr 2015 09:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Milli Televiziya və Radio Şurasının son iclasında “ANS Müstəqil Yayım və Media Şirkəti”ndən heç kim iştirak etməyib. Halbuki Şuranın iclasından 10 gün qabaq biz onlara iclasda iştirak etmək üçün dəvət göndərmişdik”. Bunu APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədli deyib.

 

O bildirib ki, inzibati protokollarla tanış olmaq üçün “ANS Müstəqil Yayım və Media Şirkəti”nin nümayəndəsi Şuraya gəlməyib: “Protokol tərtib olunanda onları dəvət etdik, rəsmi bildiriş göndərdik, yenə də heç kim gəlmədi”.

 

T. Məmmədli qeyd edib ki, 161 min manat cərimə ilə bağlı “ANS Müstəqil Yayım və Media Şirkəti”nin MTRŞ-i məhkəməyə verməsi ilə bağlı hər hansı bildiriş almayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR