Bank Of Baku

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib
# 12 aprel 2016 14:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) verib. APA-nın xəbərinə görə, MTRŞ-da “Uninet” MMC, “RA Technologies” MMC, “ULTEL” MMC, “İZONE” MMC, “Global Technology” MMC, “Biosoft Service” MMC, “Caspel” MMC və “AvirTV" MMC-yə kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu – internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 

Eyni zamanda, MTRŞ tərəfindən “TV TEXSERVİS” MMC-yə, “Videoton” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Pluton Satellite” MMC-yə Sumqayıt şəhərində, “Vircina” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Orbita TV” MMC-yə Sumqayıt şəhərində və Qasımov Möhsüm Hüseyn oğluna Sumqayıt şəhərində kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - kabel)  6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR