MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, “İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq, İTV-nin Yayım Şurasına idman federasilayarı, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik səlahiyyət müddəti başa çatıb. Buna görə də yeni namizədlərin irəli sürülməsi ilə bağlı “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, "İctimai televiziya və radio yayımı haqqında" qanunun tətbiq edilməsi barədə" ölkə prezidentinin fərmanının 3.1-ci bəndinə uyğun olaraq, MTRŞ İTV-nin səlahiyyət müddəti başa çatmış olan təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edir.
İdman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları üzrə namizədlərin seçilməsi martın 12-si tarixinədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar MTRŞ-ya təqdim edilməlidir.