APA-nın xəbərinə görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, serialı çəkən şirkətlə müqavilə imzalanacaq: “Ayrılan vəsait təyinatı üzrə xərclənməsə, təbii ki, həmin vəsaitin geri alınması üçün məhkəməyə müraciət olunacaq. Bundan əvvəl ayrılan vəsaitlərdə problem yaşanmayıb.
Seriallar üçün ayrılan vəsaitlər bundan sonra hissə-hissə telekanallara veriləcək. Birbaşa pul köçürülməyəcək. Bu ilin pul vəsaiti gələn ilə də keçirilə bilər. Bu, situasiyadan asılıdır. Əgər biz görsək ki, serialın ilk seriyaları keyfiyyətlidir, onun maliyyə vəsaitinin verilməsini daha da sürətləndirəcəyik”.
Şura sədri deyib ki, serial çəkilişləri üçün kanallara nə qədər maliyyə ayrılacağını indidən demək mümkün deyil: “Bu barədə qərar yaxın günlərdə veriləcək”.