Bank Of Baku

MTRŞ sədri: “Səhiyyə Nazirliyi qeydiyyatdan keçən klinikaların və reseptsiz satılan dərmanların siyahısını hələ də bizə göndərməyib”

MTRŞ sədri: “Səhiyyə Nazirliyi qeydiyyatdan keçən klinikaların və reseptsiz satılan dərmanların siyahısını hələ də bizə göndərməyib”
# 26 aprel 2013 08:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, MTRŞ-nın vəzifəsi telekanallarda verilən dərman, klinika reklamı ilə əlaqədar araşdırma aparmaq deyil: “Səhiyyə Nazirliyi qeydiyyatdan keçən tibbi klinikaların və reseptsiz satılan dərmanların siyahılarını bizə verməlidir. Biz araşdırmanı bunun əsasında etməliyik. Yoxsa hər reklam haqqında araşdırma apara bilmərik”.

 

Şura sədri deyib ki, bu problemlə əlaqədar SN-ə müraciət edilməyib: “Nazirlik özü həmin siyahını Şuraya verməkdə maraqlı olmalıdır”.

 

Qeyd edək ki, “Reklam haqqında” qanuna edilən dəyişikliyə əsasən, Səhiyyə Nazirliyi reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların siyahısını MTRŞ-ya göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR