APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün qurumda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cümlələrin leksik, fonetik, qrammatik formada qurulmaması verilişlərin çox böyük nöqsanlarla müşahidə olunmasına səbəb olur. Bu sahədə də çox böyük işlər aparmaq lazımdır.
N. Məhərrəmli qeyd edib ki, aparıcılar bəzən məhəlli dialekt, şivələrdən, jarqon, bayağı sözlərdən daha çox istifadə edirlər: “Bunlar hamısı birmənalı şəkildə olmaz. Ümumrespublika yayımçısı statusu almış hər bir televiziya kanalı Azərbaycan televiziyasıdır və burada aparıcılar dialektdə, ləhcədə danışa bilməz. O, Azərbaycanın ədəbi dil qaydalarına uyğun danışmalıdır. Regional televiziya kanalında belə hallar müşahidə edilərsə, bunu müəyyən mənada başa düşmək olar. Amma ümumrespublika yayımçılarında belə hallar baş verməməlidir”.