Bank Of Baku

MTRŞ seriallarda mafiya, kriminal və qətl səhnələrinin yer almasına münasibət bildirib

MTRŞ seriallarda mafiya, kriminal və qətl səhnələrinin yer almasına münasibət bildirib
# 22 sentyabr 2017 11:21 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli teleseriallarda kütləvi kriminal hallar, mafiya və qətllərin yer alması və bunun insanların gündəlik yaşayışına mənfi təsir göstərməsi barədə iddialara münasibət bildirib.

 

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya bildirib ki, bütün teleradio proqramları daimi monitorinq nəzarətindədir. Şöbə müdirinin sözlərinə görə, teleseriallar da daimi nəzarət altındadır: “Şura tərəfindən seriallarda maarifçilik məsələlərinə üstünlük verilməsi, zərərli vərdişlərin təbliğ olunmaması ilə bağlı dəfələrlə tövsiyələr verilib. Lakin yayımlanan serialların süjet xəttinin kriminal və mafioz fəaliyyəti təbliğ etməsi kimi iddialar əsassızdır. Seriallarda belə hallar müşahidə olunmur. Bu cür tendensiyalar, belə hallar olarsa, Şura dərhal reaksiya verər və lazımı tədbirləri görər”.

 

T. Dadaşov qeyd edib ki, bununla belə, yayımlanan serialların bəzilərində rejissor və ya ssenarist təxəyyülünün məhsulu olan müəyyən kriminal xarakterli səhnəciklərin, ailə-məişət müstəvisində lokal xarakterli münaqişə, dava səhnələrinin yer alması mümkündür: “Serialda baş verən hadisələr məgər mütləq şəkildə Azərbaycan reallığını əks etdirir?! Bu cür çoxlu bədii nümunələr ola bilər. Bir daha qeyd etmək lazımdır ki, bu, yaradıcı fantaziyanın məhsuludur. Ümumiyyətlə bu barədə yazarkən, danışarkən konkret faktlara söykənmək lazımdır. Faktsız fikir yürütmək qeyri-ciddi təsir bağışlayır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR