Bank Of Baku

MTRŞ telekanallara yeni çəkilən seriallarda siqaret çəkmə və maşın sürmə səhnələri ilə bağlı tövsiyələr göndərəcək

MTRŞ telekanallara yeni çəkilən seriallarda siqaret çəkmə və maşın sürmə səhnələri ilə bağlı tövsiyələr göndərəcək
# 25 fevral 2013 12:49 (UTC +04:00)

 

Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

Onun sözlərinə görə, seriallarda siqaret          çəkilməsi səhnələrindən istifadə olunmaması məsləhətdir: “Biz bunu çox müsbət qarşılayarıq. Bununla əlaqədar telekanallara məktub göndəcəyik. Seriallarda avtomobillərdən istifadə zamanı təhlükəsizlik kəmərlərindən istifadə olunmur, bəzən yol-hərəkət qaydalarına əməl edilmir. Dövlət Yol Polisinin rəisi ilə də bununla əlaqədar söhbət etmişik. O da öz fikirlərini bildirib. Bu problemlə bağlı da telekanallara tövsiyə göndəriləcək. Yeni çəkilmiş seriallarda və proqramlarda həm siqaretlə, həm yol hərəkətləri ilə bağlı məqamlar nəzərə alınmalıdır”.

 

MTRŞ sədri sovet dövründə çəkilmiş seriallardada siqaret çəkmə səhnələrinin yer aldığını deyib: “40-50 il əvvəl çəkilmiş filmlərdə bu səhnələr var. O səhnələrin üzərində təkrar işləyib mozaika deyilən vasitə ilə qarşısını örtmək daha yaxşıdır. Türkiyə təcrübəsində bu, geniş yayılıb”.

 

Qeyd edək ki, Milli Məclisin son iclasında birinci vitse-spiker Ziyafət Əsgərov yeni seriallarda siqaret çəkmə səhnələrinin yer aldığını və bu reklamın yolverilməz olduğunu deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR