Bank Of Baku

Naxçıvanda Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib

Naxçıvanda Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib
# 14 iyun 2015 10:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Adi Məclisinin sədri Vasif Talıbov “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, Tədbirlər Planına əsasən iyul ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni mətbəə avadanlığının quraşdırılmasını təmin edəcək, Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri “Mətbuat: tarix və müasirlik” mövzusunda dəyirmi masa müzakirələr təşkil edəcək,  Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mətbuat Şurası iyul ayının 14-də “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda mətbuatın inkişafı” mövzusunda elmi konfransı keçirəcək.  

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi iyulun 22-də Naxçıvan şəhərində milli mətbuatın 140 illiyi münasibətilə tədbir təşkil edəcək. Həmin gün Naxçıvanda şəhər və rayon icra hakimiyyətlərində Milli Mətbuat Günü ilə əlaqədar tədbirlər keçiriləcək. Tədbirlər Planında iyun-iyul ayı ərzində Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetlərinin muxtar respublika mətbuatının qocaman jurnalistləri ilə görüşlər təşkil etməsi, il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı”, şəhər və rayon qəzetləri, “Kanal- 35” televiziyası və “Naxçıvanın səsi” radiosunda Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə qəzet materiallarının və teleradio verilişlərinin hazırlanıb verilməsi, sənədli filmlərin nümayiş etdirilməsi, keçirilən tədbirlərin işıqlandırılması da nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR