Bank Of Baku

Nicat Dağların səhhəti ötən gün kritik həddə çatıb

Nicat Dağların səhhəti ötən gün kritik həddə çatıb
# 15 iyul 2013 09:08 (UTC +04:00)

Jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova APA-ya açıqlamasında deyib ki, ötən gün saat 20.00 radələrində N.Dağların burnundan qan açılıb və bu vəziyyət əvvəlkilərindən daha çox narahatlıq yaradıb: “Bu xəstəliyin simptomlarından biri də xəstənin burnundan qan açılmasıdır. Adətən belə hallar qısa davam edir və qarşısını ala bilirik. Bu dəfə isə biz çox narahat olduq və qanaxmanın qarşısını yalnız saat 00.00 radələrində ala bildik”.

 

O, jurnalistin səhhətinin hazırda normal olduğunu və müalicə prosesinin davam etdirilməsi üçün iyulun 16-da Gürcüstanın paytaxtı Tiflisə gedəcəklərini söyləyib: “Nicat Gürcüstanda ona yazılan müalicəyə uyğun olaraq dərmanları qəbul edir. Bu səbəbdən də müalicə hələlik o prosedura uyğun aparılır. Hazırkı mərhələdə məqsədimiz qanda leykositlərin qalxmasının qarşısının alınmasıdır”.

 

Ü.Hüseynova bildirib ki, ötən gün Prezident Administrasiyasından onlarla əlaqə saxlanılıb və N.Dağların müalicəsinin Almaniyada davam etdirilməsi üçün sənədlərin hazırlandığı deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR