Azərbaycanın Cəlilabad rayonunda ər və arvad bıçaqlanıb, onlardan biri ölüb

Azərbaycanın Cəlilabad rayonunda ər və arvad bıçaqlanıb, onlardan biri ölüb
# 05 mart 2012 06:56 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 4-də 22.30 radələrində Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.

Masallı rayonu Mollahəsənli kənd sakini, 1967-ci il təvəllüdlü Almas Əllibala oğlu Dəmirov 1990-cı ildə Masallı rayonu Təklə kəndində anadan olmuş, hazırda Günəşli kəndində yaşayan Turanə Fərhad qızı Cəfərova və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əlizamin Telmanoğluna bıçaq zərbələri vurub.

A. Dəmirov hadisəni törədəndən sonra özünə də bıçaqla xəsarətlər yetirib. Əsasən, boğaz nahiyəsindən 10 bıçaq zərbəsi alan Turanə hadisə yerində ölüb. Ə. Zaminoğlu və hadisəni törədən şəxs isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR