Nuşirəvan Məhərrəmli: “Kanallar sponsorlarla bağlı qanun pozuntularına çox yol verir”

Nuşirəvan Məhərrəmli: “Kanallar sponsorlarla bağlı qanun pozuntularına çox yol verir”
# 12 mart 2013 14:05 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, özəl telekanallar bu sahədə qanun pozuntularına daha çox yol verir: “Monitorinq şöbəsinə tapşırıq verilib ki, martın 22-nə qədər qanun pozuntuları haqqında geniş arayış hazırlasın. Bundan sonra zəruri tədbirlər görüləcək. Kanal rəhbərləri başa düşməlidirlər ki, sponsorların təbliğatı eyni zamanda reklam deməkdir. Əgər sponsorlar reklam olunmaq istəyirlərsə, reklam blokuna daxil olmalıdırlar. Daha onları niyə sponsor kimi göstərirlər? Əslində, onların hamısı reklam olunur. Kanalların əksəriyyətində bu istiqamətdə ciddi qanun pozuntuları var. İnsanlar belə verilişlərə baxanda çox əsəbiləşir. Bir saatlıq verilişin reklam və sponsorlarının təqdimatı 50 faizi keçir. Bu da qəbul olunan hal deyil”.

Şura sədri həmçinin deyib ki, İTV-nin Yayım Şurasının üzvlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqənin müddəti daha bir həftə də uzadılıb: “Çox təəssüf ki, bizim ictimai təşkilatlar o qədər də aktiv deyillər. Martın 20-nə qədər ictimai təşkilatlar İTV-nin Yayım Şurası üzvlüyünə öz namizədlərini təqdim etməlidirlər”.

N. Məhərrəmli deyib ki, büdcədən maliyyələşən televiziya kanalları ilə özəl kanalların funksiyaları eyni deyil: “Həm AzTV-nin, həm İTV-nin, həm də “Mədəniyyət kanalı”nın üzərinə çox böyük yük düşür. Onlar elə etməlidirlər kİ, insanlar daha çox həmin kanallara baxsınlar. Daha çox vəsait sərf edib daha keyfiyyətli verilişlər hazırlamalıdırlar. Təəssüf ki, hazırda əhalinin daha çox hissəsi özəl kanallara baxır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR