Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Telekanallar serial çəkilişi zamanı narkotiklərlə mübarizə mövzusuna xüsusi fikir verməlidir”

Nuşirəvan Məhərrəmli: “Telekanallar serial çəkilişi zamanı narkotiklərlə mübarizə mövzusuna xüsusi fikir verməlidir”
# 06 aprel 2013 11:20 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, telekanallar xüsusən serialların çəkilişi zamanı narkotiklərlə mübarizə mövzusuna xüsusi fikir verməlidirlər: “Onlar bu mübarizəni elə formada verməlidirlər ki, insanlarda həmin vasitələrə qarşı ikrah hissi yaransın. Bəzən isə əksinə,  insanları buna sövq edən hallar da olur. Buna qətiyyən yol vermək olmaz”.

 

Şura sədri deyib ki, telekanallar Azərbaycanda qəbul olunan sosial yönümlü dövlət proqramlarının işıqlandırılmasına xüsusi diqqət verməlidir: “Özəl telekanalların üzərində bu cür bir öhdəlik yoxdur. Onlara yalnız tövsiyə vermək olar. Amma dövlət büdcəsindən maliyyələşən kanallarda bu məsələyə xüsusi diqqət verilməlidir. Ən azından həmin kanallarda bu proqramlara aid verilişlər olmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR