Elmar Məmmədyarov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib - FOTO

Elmar Məmmədyarov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib - <font color=red>FOTO</font>
# 07 iyun 2012 13:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonaqları salamlayan E. Məmmədyarov, iki ölkə arasında münasibətlərin siyasi nöqteyi-nəzərdən yüksək səviyyədə olduğunu bildirib və bu səfərin parlament diplomatiyasının daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. O, qonaqlara Dağlıq Qarabağ münaqişəsinin son durumu barədə də məlumat verib.

Dostluq qrupunun sədri M. Dyöndöşi nümayəndə heyətini qəbul etdiyi üçün E. Məmmədyarova təşəkkür edib və hökumətlərarası əlaqələri parlamentlər səviyyəsində də inkişaf etdirə bildikləri üçün çox şad olduğunu söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR