Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Rabitə Dünyası" qəzetinin bağlanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, məqsəd informasiya və kommunikasiya texnologiyalarına aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ çevik şəkildə auditoriyaya çatdırmaqdır. Qeyd olunub ki, o cümlədən nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi şəkildə www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az xəbər saytı vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq: “Eyni zamanda nazirliyin mətbu orqanı olan “Rabitə dünyası” qəzeti yeni formatda daha geniş auditoriyanı əvəz edən jurnalla əvəzlənəcək”.