Bank Of Baku

Rəqəmsal yayımla əlaqədar ölkədə quraşdırılan vericilərin sayı açıqlanıb

Rəqəmsal yayımla əlaqədar ölkədə quraşdırılan vericilərin sayı açıqlanıb
# 26 oktyabr 2016 09:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu günədək ölkə ərazisində televiziya kanalları (sosial, regional və xarici) yayımlayan 135 ədəd DVB-T (rəqəmli televiziya) vericisi quraşdırılıb istismara verilib”.

 

Bunu APA-ya açıqlamasında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin Texniki direktoru Mikayıl Abbasov deyib.

 

O bildirib ki, rəqəmli yayıma keçidlə əlaqədar nəzərdə tutulan bütün məntəqələrdə yeni vericilərin quraşdırılması təmin olunub: “Respublikada əhali yaşayan ərazilərin 99%-i rəqəmli yayımla əhatə edilib. Bu yaxınlarda isə 12 verici - Lerik, Quba, Tovuz və Gədəbəy rayonlarının dağlıq kəndlərində quraşdırılıb”.

 

M. Abbasov qeyd edib ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr tarixdən dayandırılması nəzərdə tutulub.

  

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR