Azərbaycan Beynəlxalq Bankının “Pensiya” əmanəti üzrə müştərilərinin sayı 6 mini ötüb

Azərbaycan Beynəlxalq Bankının “Pensiya” əmanəti üzrə müştərilərinin sayı 6 mini ötüb
# 06 noyabr 2014 08:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) fərdi pensiya yığımları məhsulu - “Pensiya” əmanətinə əhali tərəfindən maraq artmaqdadır.

ABB-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə bu il noyabrın 1-nə olan məlumata əsasən əmanətin bu növünə vəsait qoyan müştərilərin sayı 6 100 nəfəri keçib.

“Pensiya” əmanəti üzrə vəsaitlərin həcmi 213,3 min manat səviyyəsindədir və artmaqda davam edir. Xatırladaq ki, ABB bu məhsulu bazara 2013-cü ilin noyabrında çıxarmışdır.

“Pensiya” əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. Bildirilir ki, 15 il müddəti olanda bu növ üzrə yığımlar 2 dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir və bu məbləğə Bank tərəfindən 18 107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa, yığımların həcmi 5 dəfə artır.

Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR