Bank Of Baku

Teleradio sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Teleradio sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb
# 24 fevral 2015 10:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilib. APA-nın xəbərinə görə, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik təklifi müzakirəyə çıxarılıb.

 

Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə təklif olunan dəyişikliyə əsasən göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir. Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manata qədərdir.

Layihə səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR