Bakı. Xanım Nağıyeva – APA. Aprelin 29-da Türkiyə Radio Televiziya (TRT) qurumunun baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. TRT-nin Bakı təmsilcisi Yüksəl Dəyərcanın APA-ya verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovun dəvəti ilə reallaşacaq rəsmi ziyarət çərçivəsində iki ölkənin televiziya, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunacaq.
TRT-nin baş direktoru İbrahim Şahin Azərbaycanda dövlət, ictimai və özəl televiziyaların rəhbərləri ilə yanaşı, Azərbaycan Milli Radio və Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşlər keçirəcək.
İ. Şahinin prezident İlham Əliyevlə görüşü də gözlənilir.
Səfər 3 gün davam edəcək .