Bakı. Gülnar Bəşirova - APA. Bakıda Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin,
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, səfər çərçivəsində Quba şəhər İcra Hakimiyyətində görüş keçirilib. MŞ sədri Əflatun Amaşov Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Avşarın, “haber7.com” saytının rəhbəri İbrahim Ərdoğanın, eləcə də digər türkiyəli media nümayəndələrinin bilik və təcrübələrinin önəmini vurğulayaraq onların Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasına müvafiq köməklik göstərəcəklərinə əminliyini bildirib. Quba şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rəhbərlik etdiyi bölgənin xarakterik xüsusiyyətləri barədə geniş məlumat verib.
Daha sonra türkiyəli qonaqlar Qubada 1918-ci ildə ermənilərin həyata keçirdikləri soyqırımın izlərini daşıyan Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər.
Sonra Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçiləri ilə görüş keçirilib.