APA-nın Avropa bürosunun məlumatına görə, baş katib bəzi bölgələrində jurnalistlərin hələ də təqib olunduqlarını və senzuraya məruz qaldıqlarını bir daha xatırladıb.
“Əsl demokratiyanın mövcudluğu o zaman mümkündür ki, jurnalistlər təqib və senzura təhlükələri olmadan, azad və sərbəst şəkildə işləyə bilsinlər. Çox təəssüf ki, biz yenə də bəzi bölgələrdə mətbuatın nəzarətdə saxlanılması və ya tam susdurulması və avtosenzura mexanizmi tendensiyalarına cəhdlərin şahidi oluruq. Avropa Şurası Avropa İnsan Haqları Məhkəməsi ilə birgə ifadə azadlığının müdafiəçiləri qismində səyləri davam etdirir, lakin hökumətlər Konvensiyaya əsasən öz üzərilərinə götürdükləri öhdəlikləri təmin etmək üçün daha çox iş görə bilərlər və bunu etməlidirlər. Avropa Şurasının əsas prioritetlərindən biri üzv dövlətlərin hökumətlərinə mətbuat azadlığı və plüralizm sahəsində Avropa normalarına hörmətlə yanaşan qanunvericilik bazasını yaratmaqda yardım etməkdir. Bu baxımdan, bizim tövsiyələrimizi nəzərə alaraq, onlayn mətbuata dair qanunlarını bu yaxında yenidən baxışdan keçirmiş Macarıstan və Türkiyənin bu təşəbbüsünü alqışlayıram. Bütün üzv dövlətlərini öz ölkələrindəki mətbuat azadlığının vəziyyətini həm qanunvericilik, eyni zamanda jurnalistika peşəsi baxımından, yenidən nəzərdən keçirməyə çağırıram. Avropa Şurası lazım olan bütün dəyişikliklərin qəbul olunmasında əməkdaşlıq etməyə və öz təcrübəsi ilə paylaşmağa hazırdır”.