Türkiyədə baş verən kütləvi iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb

Türkiyədə baş verən kütləvi iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb
# 10 oktyabr 2014 14:01 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Ə. Ala 6-10 oktyabr tarixlərində ölkənin 35 vilayətində baş verən hadisələr nəticəsində 31 nəfərin öldüyünü, 351 nəfərin yaralandığını bildirib. Ölənlərdən 2-si polis əməkdaşıdır. Nazir 1024 nəfərin polis tərəfindən saxlanıldığını deyib.

İğtişaşlar zamanı ümumən 1113 bina, 1177 avtomobil yandırılıb və ya müxtəlif dərəcədə zərər görüb. Ə. Ala şəxsi əmlakına zərər dəyən vətəndaşlara dövlət tərəfindən kompensasiya ödəniləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR