Bank Of Baku

Vüqar Səfərli yenidən Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilib

Vüqar Səfərli yenidən Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilib
# 03 iyun 2013 16:25 (UTC +04:00)

Bakı – APA. Vüqar Səfərli yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

 

APA-nın məlumatına görə, Səfərli Vüqar Müzəffər oğlu prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin olunub.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında da sərəncam imzalayıb.
 

Aşağıdakı şəxslər Müşahidə Şurasının üzvləri təyin ediliblər:

 

dövlət orqanlarından:

 

Əliyev Vüqar Saydam oğlu

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

 

Qurbanov Faiq Mirəsədulla oğlu

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

 

Hümbətov İntiqam Rəsul oğlu

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

 

kütləvi informasiya vasitələrindən:

 

Məcidov Rəşad Müseyib oğlu

 

“525-ci qəzet”in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu

 

“İki Sahil” qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu

 

“Azərbaycan” qəzetinin baş redaktoru

 

jurnalist təşkilatlarından:

 

Amaşov Əflatun Əhməd oğlu

 

Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu

 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu

 

Beynəlxalq Avrasiya Mətbuat  Fondunun sədri

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR