Bank Of Baku

Yeni seriallarda siqaret çəkmə və maşın sürmə səhnələri ilə bağlı MTRŞ telekanallara tövsiyələr göndərib

Yeni seriallarda siqaret çəkmə və maşın sürmə səhnələri ilə bağlı MTRŞ telekanallara tövsiyələr göndərib
# 01 aprel 2013 11:27 (UTC +04:00)

Bu barədə APA-ya Şura sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, tövsiyələrdə təkcə siqaret çəkmə və maşın sürmə səhnələrinə dair deyil, yolu qırmızı işıqda keçmə, təhlükəsizlik kəmərinin bağlanması kimi zəruri məsələlər yer alıb: “Bəzən seriallarda aktyor təhlükəsizlik kəmərini taxmadan maşını idarə edir, yolu qırmızı işıqda keçir. Bu isə doğru deyil. Ona görə də kanallara çəkilişlər zamanı bunları nəzərə almağı tövsiyə etdik. Serialları təkcə kanallar deyil, prodakşnlar da çəkir. Ona görə də bu qurumlarla da iş aparan zaman belə hallara yol verilməməsi əsas götürüləcək”.

 

N. Məhərrəmli deyib ki, serial çəkilişləri üçün maliyyə yardımının ayrılması də gündəmdədir: “Bu məsələyə nöqtə qoyulmayıb. Biz gözləyirik. Hazırda kanallar öz vəsaitləri hesabına serial çəkilişlərini davam etdirir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR