Şuşa Dövlət Musiqili və İrəvan Dövlət Dram teatrları təmir olunacaq

Şuşa Dövlət Musiqili və İrəvan Dövlət Dram teatrları təmir olunacaq
# 27 dekabr 2012 09:38 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Dövlət proqramına uyğun olaraq Şuşa Dövlət Musiqili və İrəvan Dövlət Dram teatrlarının binalarının təmir olunması gözlənilir.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bu istiqamətdə müvafiq işlər görülür: “Bilirsiniz ki, ölkədə olan teatrların əksəriyyəti artıq yenidən bərpa olunub, növbəti ildə daha iki teatrın təmirinin başa çatdırılması gözlənilir. Teatrların təmiri 2018-ci ilin sonunadək davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR