Bank Of Baku

Yalçın Rəfiyev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Yalçın Rəfiyev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 04 oktyabr 2024 18:00 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevlə görüşüb.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “X” platformasındakı paylaşımında bildirib.

“Mən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevlə çox konstruktiv görüşümüzə və Bakıda keçiriləcək COP29-a dair Aİ səfirləri ilə yaşıl diplomatiyaya dair müzakirələrimizə görə minnətdaram”- deyə səfir paylaşımında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR