Moskva Suriya sərhədinə “Patriot” raket qurğusu yerləşdirən Türkiyəyə xəbərdarlıq edib

Moskva Suriya sərhədinə “Patriot” raket qurğusu yerləşdirən Türkiyəyə xəbərdarlıq edib
# 22 noyabr 2012 13:41 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-nin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçiridyi brifinqdə Türkiyə-Suriya sərhədinə “Patriot” raket qurğusu yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib: ”Rəsmi Moskva Türkiyə-Suriya sərhədinin hərbiləşdirilməsini həyəcan siqnalı hesab edir. Biz artıq Türkiyəyə xəbərdarlıq etmişik. İndi mənə bunu şərh etmək çətindir. NATO-dan olan tərəfdaşlarımızın reaksiyasını görəcəyik. Lakin bir mənalı olaraq deyə bilərəm ki, Türkiyə öz potensialını dialoqu başlatmaqdan ötrü Suriya müxalifətinə təsir etmək üçün istifadə etməlidir, əzələlərini şişirdib vəziyyəti daha da təhlükəli etmək üçün deyil”.

Qeyd edək ki, “Patriot” raket sistemi Türkiyə ərazisində iki dəfə, 1991 və 2003-cü illərdə, birinci və ikinci İraq müharibəsi dövründə yerləşdirilib. Lakin bu qurğudan istifadə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR