Ağ Ev: Türkiyə bizim üçün vazkeçilməz bir müttəfiqdir

Ağ Ev: Türkiyə bizim üçün vazkeçilməz bir müttəfiqdir
# 20 dekabr 2012 13:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Suriya kimi çox ciddi çətinliklərlə məşğul olarkən Türkiyə bizim üçün vazkeçilməz bir ortaq oldu”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin Strateji Əlaqələr Milli Təhlükəsizlik üzrə Məsləhətçi müavini Ben Rhodes deyib.

O, Türkiyənin gücü və bölgədəki fəaliyyətinə toxunaraq deyib ki, Yaxın Şərq və Şimali Afrikada demokratiyaya və sabitliyə keçid üçün Türkiyənin ABŞ-a bir açar müttəfiq olduğunun fərqindədirlər. Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ Türkiyə kimi müttəfiqlərlə terrorla mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək: “Türkiyə bölgədə demokratiyanın çox güclü bir nümunəsidir. Bu məzmunda Liviyada Türkiyənin göstərdikləri zəhmətə, baş nazir Ərdoğanın Misir, Tunis və Liviya kimi yerlərdə dünyəvi demokratiyaya aid səsləndirdiyi fikirləri və roluna baxanda Türkiyənin ABŞ-ın ortağı ola biləcəyinə inanırıq”.

İranın nüvə probleminə də toxunan B.Rhodes bu ölkənin nüvə silahı eldə edəcəyi təqdirdə, nəticənin ABŞ və Türkiyə üçün pis olacağını açıqlayıb: “Çünki İranın nüvə silahı olsa, bölgədəki digər dövlətlər nüvə silah əldə etmək istəyərlər və bölgədə bir silahlanma yarışının başlamasını şahidi ola bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR