Ermənistan parlamentində deputat jurnalisti hədələyib

Ermənistan parlamentində deputat jurnalisti hədələyib
# 20 dekabr 2012 12:32 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ermənistan parlamentində xoşagəlməz hadisə baş verib. APA-nın “Azatutyun” saytına istinadən verdiyi məlumata görə, ölkənin hakim Respublika Partiyasından olan deputat Mqer Sedrakyan “A1+” telekanalın müxbiri Mqer Arşakyanı çənəsini sındırmaqla hədələyib.

Millət vəkilinə sual vermək istəyən müxbir M.Sedrakyanın sərt reaksiyası ilə üzləşib. Deputat ona “Yox ol, yoxsa çənəni sındıraram!” deyib. Buna etiraz edən Ermənistan parlamentində akkreditə olunmuş müxbirlər spikerə müraciət edərək, müvafiq tədbirlər görməyi tələb ediblər.

Öz növbəsində partiyanın sözçüsü Eduard Şarmazanov və parlamentin spikeri Ovik Abramyan müxbir Mqer Arşakyandan deputatın bu hərəkətinə görə üzr istəyiblər. Mqer Sedrakyan isə üzr istəmək niyyətində olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR