Çelyabinskdə Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək - FOTO

Çelyabinskdə Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək   - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 08:28 (UTC +04:00)

Bakı – APA. Dekabrın 15-də Çelyabinskdəki Prokofyev adına konsert zalında SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək.

APA-nın xəbərinə görə, konsert Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyi, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi və Ümumrusiya Azərbaycanlıları Konqresinin Çelyabinsk regional bölməsinin təşkilatçılığı ilə baş tutacaq.

Konsert proqramı Rusiyanın xalq artisti Viktor Lebedevin baş dirijorluğu və bədii rəhbərliyi ilə “Malaxit” Rusiya Xalq Orkestri tərəfindən hazırlanıb. Orkestrin qonağı beynəlxalq müsabiqələrin Qran-pri mükafatı laureatı Sergey Zıkov (Sankt-Peterburq) olacaq. Konsertdə Müslüm Maqomayevin repertuarından mahnılar səslənəcək. Tədbirin aparıcısı Rusiyanın əməkdar mədəniyyət işçisi Nadejda Uşkova olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR