Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu bu il 43% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu bu il 43% artıb
# 06 dekabr 2012 13:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 150 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 36 037,7 mln. ABŞ dolları təşkil edib ki, bunun 7 661,8 mln. dolları idxalın, 28 375,9 mln. dolları isə ixracın payına düşüb və nəticədə 20 714,1 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 21,1%, o cümlədən idxal 0,4%, ixrac 28,2%, müsbət saldo isə 42,7% artıb.

«Hesabat dövründə qeyri-neft məhsullarının ixracı 1 283,8 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-oktyabr aylarının səviyyəsini 9,5% üstələyib», - deyə Komitədən bildirilib.

Xarici ticarət əməliyyatlarının 83,8%-i İtaliya, ABŞ, Rusiya, Türkiyə, İsrail, Fransa, Almaniya, Hindistan, İndoneziya, Çin, Tayvan (Çinin əyaləti), Yunanıstan, Böyük Britaniya, Çexiya, Gürcüstan, Bolqarıstan, Ukrayna, Xorvatiya və İraq, qalan 16,2%-i isə digər ölkələrlə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR