«BankTechnique» ASC «FlexCube» bank sisteminin tətbiqinə başlayır

 «BankTechnique» ASC «FlexCube» bank sisteminin tətbiqinə başlayır
# 20 noyabr 2012 14:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «BankTechnique» ASC «Oracle Financial Services» şirkətinin «FlexCube» yeni bank sisteminin filialların birində testləşməsini uğurla keçirib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sistemin bankda tətbiq edilməsi layihəsi 2012-ci ilin avqustunda start götürüb və qısa bir zaman ərzində sistemin quraşdırılması həyata keçirilib.

«BankTechnique»nin bütövlükdə yeni sistemə tam keçidi 2012-ci il dekabrın 31-nə planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR