Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümü başa vurub - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümü başa vurub - <span style="color: red;">FOTO
# 07 iyul 2014 14:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümü “Ər və arvad” tamaşası ilə başa vurub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bağlanışın məhz bu tamaşa ilə olması əlamətdar idi: “Milli opera janrının yaradıcısı Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, hər yeni mövsüm sentyabrın 18-də - Milli Musiqi Günü ənənəvi olaraq bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır”.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Əsərdə xalq artistləri Afaq Bəşirqızı (Minnət xanım), İlham Namiq Kamal (Mərcan bəy), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) əsas rollarda çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR