“Argos” əl tipli məsafədən izlərin aşkarlanması cihazı ilk dəfə ADEX-2026-da nümayiş edilib.
APA xəbər verir ki, çəkisi 3.18 kiloqram olan cihaz lazer vasitəsilə 15 metrədək məsafədə olan təhlükəli maddəni tanıyır və məlumatları göndərir. Məlumatlar cihaz üzərindəki monitorda əks olunur.
ABŞ istehsalı olan cihaz fasiləsiz 4-8 saatadək çalışa bilir.