Bakı sakini Göygöldə bıçaqlanıb

Bakı sakini Göygöldə bıçaqlanıb
# 28 iyun 2016 20:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöldə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə R. Nəbiyev Göygöl rayonun Azos adlanan ərazisində bıçaqlanıb.

Faktla bağlı hüququ mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR