Akademik Validə Tutayuqun 100 illik yubileyi qeyd olunacaq

Akademik Validə Tutayuqun 100 illik yubileyi qeyd olunacaq
# 16 iyul 2014 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda deyilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, professor Validə Xaspolad qızı Tutayuqun anadan olmasının 100 illiyi tamam olur.

Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR