Sabah Bakının bir neçə əsas küçə və prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının bir neçə əsas küçə və prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 05 iyun 2015 09:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sabah Bakının əsas küçə və prospektləri nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

APA-nın məlumatına görə, 12 iyunda başlanacaq Bakı 2015 Avropa Oyunları sınaq tədbiri ilə əlaqədar Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi də həmin müddətdə ümumi nəqliyyatın hərəkəti üçün bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR