Avtomobili oğurlayıb yandırmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

 Avtomobili oğurlayıb yandırmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 04 sentyabr 2015 15:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xəzər rayon Məhkəməsində oğurluqda və digər cinayətlərdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan – Ramin Zeynalzadə, Xəyal Sultanov, Kənan Umudov və Xalid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Əlibaba Daşdəmirov adlı şəxsə məxsus “ZAZ” markalı avtomobil qaçıraraq “Zeytunluq” adlan ərazidə yandırıblar. Polis əməkdaşları tərəfindən onlar tutulub.

Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və digər nəqliyyat vasitəsi ələ keçirmə) maddələrinin müxtəlif bəndlərinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR