Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb

Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb
# 28 sentyabr 2015 14:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Almaz Məcid qızı Məcidova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, A. Məcidova sentyabrın 11-də Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evin həyətindəki tikilidə özünü asıb. O, son anda ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR