® Bakıda “Aston Martin DB9 GT Bond Edition” modelinin təqdimatı olub - FOTOSESSİYA

<font color=red>® </font>Bakıda “Aston Martin DB9 GT Bond Edition” modelinin təqdimatı olub - <span style="color: red;">FOTOSESSİYA
# 10 noyabr 2015 09:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Aston Martin” şirkətinin Azərbaycanda rəsmi dilleri “Aston Martin Baku” “DB9 GT Bond Edition” modelinin təqdimatı və “007: Spectre” filminin Bakıda qapalı premyerası ilə bağlı tədbir keçirib.

APA-Economics”in xəbərinə görə, “Aston Martin” dünyanın ən məşhur casusu Ceyms Bond üçün ən sevilib-seçilən idman avtomobili hesab edilir.

Böyük Britaniyanın lüks kateqoriyalı avtomobil brendi olan “DB9 GT Bond Edition” modeli “DB9 GT” modelinin bazasında qurulub. "DB9 GT" - uzaq məsafələrə yüksək sürətlə hərəkət etmək üçün layihələndirilmiş, yüksək rahatlıq, eləcə də mükəmməl istismar və idarəetmə xüsusiyyətlərinə malik olan dünya səviyyəli lüks kateqoriyalı və əllə yığılan bir avtomobildir.

Tədbirdə çıxış edən “Aston Martin Baku”nun baş meneceri İbrahim Əhmədovun sözlərinə görə, müştərilər ona görə məhz “DB9 GT Bond Edition” modelini seçməlidir ki, dünya üzrə bu modeldən məhdud sayda, cəmi 150 ədəd buraxılıb: “DB9 GT Bond Edition” mükəmməl istismar və idarəetmə xüsusiyyətlərinə malik olan dünya səviyyəli lüks kateqoriyalı və əllə yığılan bir avtomobildir. Bu avtomobillər satılmır. Lakin “DB9 Bond Edition” avtomobilinə yiyələnmək istəyən şəxs onu “Aston Martin Baku”-da sifariş edə bilər".

6.0 litr V12 mühərrikinə malik “DB9 GT Bond Edition” 547 at gücünə malikdir və bu günə qədər buraxılmış bütün DB9 modelləri arasında ən güclüsüdür.

Bundan başqa, “007 Bond Edition” emblemi avtomobili daha yaddaqalan edir.

Qeyd edək ki, Bakı “Aston Martin” şou-rumunda xüsusi “5+5-5” kampaniyasına start verilib. Kampaniya çərçivəsində avtomobil alıcılarına 5 illik zəmanət, pulsuz 5 illik servis və 5 illik kredit müddəti təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR